ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Cennifer Lopez Şakira ilə birgə çıxışı barədə: “Bu, dünyadakı ən pis ideya idi”

Baxış Sayı:278

Cennifer Lopez Şakira ilə birgə çıxışı barədə: “Bu, dünyadakı ən pis ideya idi”


Nyu-Yorkda “Tribeca” Film Festivalının açılışında Cennifer Lopezin Şakira ilə birgə çıxışına həsr olunan “Fasilə” sənədli filmi təqdim olunub.

Sənətçilərin duet ifası amerika futbolu üzrə superkubok oyununun fasiləsində baş tutub.

Ekran əsərində şou layihəsinin necə ərsəyə gəlməsi öz əksini tapıb. Kadrlarda CeyLonun baş verənlərdən məmnun olmadığı görülüb.

“Bu, dünyadakı ən pis ideya idi”, - deyə Lopez Şakira ilə çıxışını dəyərləndirib.

İddialara görə, iki latın amerikalı ulduzun münasibətləri elə də yaxşı deyil. Deyilənlərə Lopez həmkarını Ben Affleklə gözlənilən toy mərasiminə də dəvət etmək niyyətində deyil.

Qeyd edək ki, sənədli filmin premyerası iyunun 14-də “Netflix”də baş tutacaq.

Mənbə: “Marca”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR