ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya dünyanın ən mühüm regionunu ələ keçirir – Şok təklif

Rusiya dünyanın ən mühüm regionunu ələ keçirir – Şok təklif

Sudan Rusiyaya silah müqabilində öz ərazisində hərbi baza yerləşdirmək imkanı təklif edib.

İnsanhuquqları xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri məlumat yayıb.

Məlumata görə, oktyabr ayında Sudan Rusiyaya Port-Sudanda və ya Qırmızı dənizin hər hansı bir sahilində 300-ə qədər əsgər və nüvə enerjisi ilə işləyən gəmilər də daxil olmaqla, dörd hərbi gəmi yerləşdirməyi təklif edib.

Bundan başqa, Kreml Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Sudanda gəlirli mədən güzəştlərinə sahib olacaq.

Bunun müqabilində üsyançılarla döyüşən Sudanın hərbi rejimi Rusiyanın qabaqcıl zenit-raket sistemlərini və digər silahlarını endirimli qiymətlərlə almaq istəyir.

Əgər razılaşma baş tutarsa, Rusiya Afrikada ilk dəniz bazasını əldə edəcək və qlobal ticarətin təxminən 12%-nin keçdiyi Avropa ilə Asiya arasında ən qısa yol olan Süveyş kanalına daxil olan və çıxan dəniz nəqliyyatını izləmək üçün əla mövqedə olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids