
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İnsanhuquqları xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, bir müddət öncə DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirmiş, icra başçısı İslam Rzayev saxlanılmışdı.
Bundan sonra Prezidentin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.