ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?

Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?

Bakı Metropoliteni QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

İnsanhuquqları xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, qurumda aparılmış səmərəlilik qiymətləndirmələrindən sonra metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin - o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin - bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.

Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq, resursları birbaşa sərnişindaşımanın təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətləri kənar ixtisaslaşmış şirkətlərin göstərməsi barədə qərar qəbul olunub.

Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum tərəfindən bir sıra addımlar atılıb.

Belə ki, bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tənzimlənəcək. Bu əməkdaşlar üçün aşağıdakı seçimlər təklif olunur:

- Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq;

- "Bakı Metropoliteni"ndə mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi;

- Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi.

"Bakı Metropoliteni" bütün prosesləri şəffaflıqla, sosial məsuliyyət prinsipinə və əməkdaşların hüquqlarının qorunmasına tam riayət etməklə həyata keçirir. Təsdiqlənmiş məlumatlar yalnız qurumun rəsmi kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids