
Sosial şəbəkələrdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində qanunsuz yeni obyekt qurulmasıyla bağlı iddialar yer alan videogörüntülər yayılıb.
Sumqayıt İcra Hakimiyyətindən insanhuquqları-a verilən açıqlamada bildirilir ki, qeyd olunan ərazidə illər öncə quraşdırılmış köşk olub.
“Bu köşklə bağlı müvafiq sənədlər mövcuddur. Hazırda həmin köşk müasir tələblərə uyğun şəkildə yenilənərək yüngün konstruksiya əsasında quraşdırılıb”, - məlumatda bildirilib.
Videodan görünür ki, köşk müasir tələblərə uyğun yenilənərkən, ağac da məhv edilib. Bu isə genişlənmə və ərazi zəbt edildiyi iddialarını ortaya çıxarıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mövzu ilə bağlı sorğu verilib.