
Zığ dairəsində yağışa görə endirilən sürət həddi bərpa edilib.
Bu barədə insanhuquqları DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Xatırladaq ki, sürət həddi dünən endirilmişdi.