ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Uşaqların internet asılılığı ilə bağlı xəbərdarlıq edildi

Uşaqların internet asılılığı ilə bağlı xəbərdarlıq edildi

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən "Qafqazinfo"ya daxil olan məlumatda uşaqların internet asılılığından xilas olması üçün müvafiq tövsiyələr verilib. Onlar aşağıdakı kimidir:

- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;

- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq;

- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids