ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ermənistanı aclıqdan necə xilas etdi?

Azərbaycan Ermənistanı aclıqdan necə xilas etdi?

1920-ci ilin mayında Ermənistanda əhalinin ərzaqla təmin edilməsində çətinliklər yaranır və elə bir aclıq başlayır ki, Ermənistan İnqilab Komitəsi Moskvaya yazaraq, kömək istəyir. Lakin Moskvadan kömək gəlmir. Buna görə də Ermənistan İnqilab Komitəsinin üzvləri Musaelyan (sədr və hərbi komissar) və Avis Nuricanyan (xarici işlər üzrə komissar) Tiflisə və Bakıya kömək üçün müraciət edirlər. Gürcüstan “özümüzə ərzaq çatmır” deyə yardımdan imtina edir.

İnsanhuquqları xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Nəriman Nərimanovun sədri olduğu Azərbaycan İnqilab Komitəsi dərhal kömək etməyə razılıq verir:

“Həmin il mayın sonunda Azərbaycandan Ermənistana 17 vaqon çörək və 5 milyon rubl yardım edilir. Qatarla təcrübəli partiya işçiləri, kənd təsərrüfatı mütəxəssisləri gedirlər ki, orda sistem qurulsun. Bir müddət sonra - 1920-ci ilin yayında Azərbaycan Ermənistana 50 vaqon ərzaq, 48 çən kerosin və 200 milyon rubl göndərir. 200 azərbaycanlı mühəndis, aqronom və digər mütəxəssislər xalq təsərrüfatının bərpasına kömək etmək üçün Ermənistana gedir (Mənbə: ВОСР и победа Советской власти в Армении: сборник документов. Ереван, 1957. С. 324).

Ermənilər isə bu köməyi ölkədə hakimiyyəti devirmək və azərbaycanlıların burada sovet hökuməti qurmaq planı kimi təqdim edir. Məsəl üçün, Ş.Əmirxanyan “Ermənistanda may üsyanı” adlı kitabında yazır: “Bu yardımların məqsədi Daşnak hökumətini devirmək və ölkədə sovet rejimi qurmaq məqsədi ilə Ermənistanın türk-tatar qruplarının və Rusiya və Azərbaycan bolşeviklərinin dəstəyi ilə Ermənistan Kommunist Partiyası tərəfindən təşkil edilmişdir”.

Qeyd edim ki, 1920-ci ilin may ayında Azərbaycan Krım və Tatarıstanı da aclıqdan xilas etmişdir. 1920-ci ildən Bakıya Tatarıstandan mütəxəssislər və rəhbər işçilər gəlməyə başlayır. Yerli hakimiyyət orqanları yeni gələnlər üçün bütün zəruri yaşayış şəraitini yaradır. Onlar mənzillə təmin edilir, ailələrinin Azərbaycan SSR-ə köçürülməsi təşkil edilir.

O dövrdə aclıq çəkən Moskva, Bryansk, Voronej, Volqa bölgəsi, Odessa, Nikolayev, Xarkov, Vladiqafqaz və Gürcüstandan 20 mindən çox insan Bakıya pənah gətirmiş və onlar iş, qalmaq və yeməklə təmin edilmişdilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR