ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 189 nəfər saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 189 nəfər saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən “Qəhrəmanlar-38” əməliyyatında 189 şübhəli ələ keçirilib.

İnsanhuquqları “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir 37 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar zamanı Ankarada 27, İstanbulda 22 olmaqla ümumilikdə 189 şübhəli saxlanıldığını bildirib.

"Öləmizdə sülh, birlik və həmrəylik üçün heç bir terrorçuya göz açmağa imkan verməyəciyik. Millətimizin duaları ilə mübarizəmizi fasiləsiz olaraq davam etdirəcəyik. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. İlin 365 günü, gecə-gündüz əməliyyatlar həyata keçiririk. Terrorla mübarizəmiz əzmlə davam edəcək” - deyə nazir əlavə edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR