Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə hazırlanan sənədlər toplusu hökumətə təqdim olunub.
Bunu səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan Komissiyanın katibliyi Səhiyyə Nazirliyinə tapşırılıb:
"Sərəncamda qeyd olunan tapşırıqların icrası məqsədilə dərman vasitələrinin qeydiyyatı prosesi, sektorun rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılaraq hazırlanmış sənəd toplusu aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün təqdim olunub".