ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Ona dedim ki, "ağzını yum" - Ronaldo

"Ona dedim ki, "ağzını yum" - Ronaldo


Dünən baş tutan Portuqaliya - Cənubi Koreya matçında əvəzlənərkən Kriştiano Ronaldo və rəqib oyunçu Ço Kyu-Sun arasında gərginlik yaşanıb.

37 yaşlı hücumçu meydanı tərk edərkən Ço ona tələsməsini söyləyib, Kriştiano isə barmağını dodaqlarına aparıb və ondan susmasını istəyib. Ronaldo sonradan jurnalistlərə açıqlamasında deyib:

"Meydanı tərk etmədən öncə koreyalı futbolçu mənə dərhal çıxmağımı söylədi. Ona dedim ki, "ağzını yum". Mənə bu sözləri demək səlahiyyəti yoxdur, rəy bildirməyinə gərəkməz".

Qeyd edək ki, matç Cənubi Koreyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR