ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Marsel” – “Qarabağ” oyununda tamaşaçı sayının az olmasının əsl səbəbi açıqlanıb

“Marsel” – “Qarabağ” oyununda tamaşaçı sayının az olmasının əsl səbəbi açıqlanıb

Bu gün Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ilk oyununda azarkeş sayının az olmasının əsl səbəbi açıqlanıb.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, Marseldə ermənilərin sıx məskunlaşdığını nəzərə alan şəhər rəhbərliyi “Velodrom” stadionunda oynanılacaq matç zamanı tərəfdarlar arasında mümkün qarşıdurma riskini azaltmaq məqsədilə arenaya cəmi 20 000 tamaşaçının buraxılmasına icazə verib.

Bu addım həmçinin ölkədə koronavirusla bağlı sanitar-epidemioloji vəziyyətə görə atılıb.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids