ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Cəlilabadda ağır qəza: ölü və yaralıların kimliyi bilindi

Cəlilabadda ağır qəza: ölü və yaralıların kimliyi bilindi


Cəlilabadda ağır yol qəzası baş verib.

insahuquqlari.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyunday Santafe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Xəsarət alanlar rayonun Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Ramal Natiq oğlu Əliyev, 2004-cü il təvəllüdlü Aslan Fikrət oğlu Abbasovdur.

Qəza nəticəsində Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Dünyamalı İslam oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids