ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Kürəkən qayınanasını, qayın yeznəsini bıçaqladı

Kürəkən qayınanasını, qayın yeznəsini bıçaqladı

Qazaxda qohumlar arasında bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, insident rayonun Kosalar kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Mahir Məmmədov ailə münaqişəsi zəminində qayınanası, 1976-cı il təvəllüdlü Sevda Vəliyevanı bıçaqla vurub. Hadisəni görən S.Vəliyevanın oğlu da M.Məmmədovu bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR