ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Fərid Qayıbova yeni vəzifə verildi

Fərid Qayıbova yeni vəzifə verildi

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasına (COP10) sədr seçilib.

İnsanhuquqlari xəbər verir ki, bu gün Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyası (COP10) fəaliyyətə başlayıb.

Tədbirin ilk hissəsində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasının (COP10) sədri seçilib.

Xatırladaq ki, nazir Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu Sessiyasının (COP9) sədr müavini seçilmişdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids