
eşidilməsi üçün anlaşma və etimadın qurulmasında məhz konstitusion strukturların fəaliyyətinin tarazlı şəkildə həyata keçirilməsi önəmlidir. Bütün bu dəyərlər çox məhkəmə hakimiyyətinin müstəqilliyini qoruyub saxlaya bilməsi baxımından çox vacibdir.
Daha sonra Beynəlxalq Hakimlər Assosiasiyasının “Məhkəmə müstəqilliyi mükafatı”nın təqdimetmə mərasimi keçirilib. Mükafatı Beynəlxalq Hakimlər Assosiasiyasının Baş katibi Giacomo Oberto təqdim edib.
Tədbir bədii hissə ilə davam edib.
Bununla yanaşı, tədbir çərçivəsində “Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunub. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdirilir.
Oktyabrın 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən tədbirdə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovla yanaşı, VK-nın ümumilikdə 100 vəkili iştirak edib.