Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə yola düşən ilk köç karvanı ünvana çatıb.
İnsanhuquqları xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli kəndinə bu mərhələdə 9 ailə olmaqla, 30 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.