Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna zərbələr endirmə kampaniyası Rusiyanı təkcə əsas maliyyə mənbəyindən məhrum etmir. Həmçinin 1917-ci il Fevral inqilabı dövründə rus cəmiyyətində sabitliyin pozulduğu kimi, Rusiyanın arxa cəbhəsində də ictimai-siyasi sabitliyi pozur.
İnsanhuquqları xəbər verir ki, bu barədə “Forbes” jurnalında yayımlanan məqalədə deyilir.
Məqalədə qeyd edilir ki, Ukrayna Rusiyanın belə həssas nöqtəsinə zərbələr endirməyə hələ 2023-cü ilin sonunda cəhd göstərmişdi:
“Lakin o zaman Bayden administrasiyası dünya neft qiymətlərinin artacağından ehtiyat edərək, Kiyevin bu strategiyasına veto qoymuşdu. 2025-ci ilin yayında isə Ukrayna Rusiyanın neft emalı zavodları və neft kəmərlərinə qarşı yenidən zərbələr endirməyə başladı. Ancaq Vaşinqton belə zərbələrə artıq qarşı çıxmadığı üçün hücumlar əhəmiyyətli nəticələr verdi. Müxtəlif mənbələrin məlumatına görə, Rusiya neft emalı potensialının 17%-dən 20%-dək hissəsini itirib.
Bundan əlavə, Kiyevin hücumları Rusiyanın daxili bazarında yanacağın ciddi formada qıtlığına və qiymət artımına səbəb olub. Rusiyalılar müharibənin fəsadlarını daha dərindən hiss etməyə başladıqca Kremlə olan sosial təzyiqlər də güclənir”.