ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Durov həbsindən danışdı: Onların səhvi idi!

Durov həbsindən danışdı: Onların səhvi idi!

Teleqramın həmtəsisçisi Pavel Durov bir il əvvəl baş vermiş həbsini Fransa polisinin səhvi adlandırıb.

İnsanhuquqları xəbər verir ki, Durov bu barədə Teleqram kanalında yazıb.

“İroniya odur ki, mən Fransa polisinin öz səhvi ucbatından həbs olundum: 2024-cü ilin avqust ayına qədər onlar Fransa və AB qanunlarına məhəl qoymadılar və tələb olunan hüquqi prosedur vasitəsilə Teleqrama sorğu göndərmədilər”, - o yazıb.

Durov vurğulayıb ki, bir il sonra ona qarşı aparılan istintaq Teleqramın təqsirini üzə çıxara bilməyib:

"Bizim moderasiya təcrübələrimiz sənaye standartlarına uyğundur və Teleqram həmişə Fransadan gələn bütün qanuni tələblərə cavab verib".

Durovun sözlərinə görə, həbsi Fransanın azad ölkə imicinə xələl gətirdi.

Xatırladaq ki, ötən ilin 24 avqustunda Durov Parisin Le-Burje hava limanında saxlanılmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids