ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Suriyada dəhşətli partlayış: ölənlərin sayı artdı - Video

Suriyada dəhşətli partlayış: ölənlərin sayı artdı - Video

Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, ən azı 70 nəfər yaralanıb.

İnsanhuquqlari xəbər verir ki, "Əl-Ərəbiyyə" mənbələrinin məlumatına görə, partlayış Maarrat Misrin bölgəsində baş verib.

Partlayışın səbəbi hələ müəyyən edilməyib. Bəzi mənbələrə görə, partlayış silah anbarına PUA hücumunun nəticəsidir.

***

Suriya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İdlib vilayətinin şimal kənarında yerləşən Maarrat Misrin kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 116 nəfər yaralanıb.

***

Maarat-Misrin kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bu barədə İdlib vilayətinin səhiyyə departamentinin direktoru Samer Ərəbi məlumat verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR