ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ukraynada güclü partlayış: 2 ölü, 15 yaralı - Video

Ukraynada güclü partlayış: 2 ölü, 15 yaralı - Video

Ukraynanın Jitomir vilayəti yaxınlığında magistral yolda iki partlayış baş verib.

İnsanhuquqlari xəbər verir ki, bu barədə Jitomir vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçko Teleqram kanalında məlumat verib.

"M-06 beynəlxalq avtomobil yolunun Jitomir yaxınlığındakı Berezina kəndində iki partlayış baş verib. Təəssüf ki, iki nəfər ölüb, 15 nəfər yaralanıb", - o bildirib.

Qeyd olunub ki, hazırda hadisə yerinə təcili tibbi yardım qrupu cəlb olunub.

Partlayışın hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.

***

Jitomir yaxınlığındakı magistral yola yaxın ərazidəki partlayışın bəzi detalları məlum olub.

Bu barədə Jitomir vilayətinin Qluboçitsa icmasının rəhbəri Sergey Sokalski məlumat verib.

O bildirib ki, hadisə iki istehsalat obyektinin ərazisində baş verib, lakin partlayışın səbəbləri ilə bağlı hələ heç nə aydın deyil:

“Bircə onu deyə bilərəm ki, hadisə tamamilə dağılmış iki istehsalat obyektinin ərazisində baş verib".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR