Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
İnsanhuquqlari xəbər verir ki, hadisə Şabran şəhəri, Heydər Əliyev prospektində baş verib.
Yol qəzası nəticəsində Şabran şəhər sakini, 1997-ci il təvəllüdlü Orxan Əliyoldaş oğlu Muradov ölüb, Siyəzən şəhər sakini, 1996-cı il təvəllüdlü Rəhim Bəybala oğlu Kərimov isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.