Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında Fransa Prezidenti Emmanuel Makron ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlaşması sosial mediada böyük maraq doğurub.
İnsanhuquqlari xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Türkiyə mediası yazıb ki, görüntülərdə Makronun əlsıxma zamanı əlini Ərdoğanın əlinin üstünə qoyaraq, psixoloji üstünlük qurmağa çalışdığı "açıq-aydın hiss olunub". Lakin Prezident Ərdoğan bu jestə dərhal cavab verib və Makronun orta barmağını tutaraq, nəzarəti əlində saxlayıb, "bununla da qarşı tərəfin üstünlük yaratmasına imkan verməyib".
Sosial media istifadəçiləri bu görüntüləri “diplomatik bədən dili ilə verilmiş güclü bir mesaj” kimi şərh ediblər. Bir çoxu Ərdoğanın çevik reaksiyasını "liderlik nümunəsi və təmkinli davranış" olaraq dəyərləndirib.
"Liderlərin Zirvə görüşü siyasi gündəmlə yanaşı, diplomatik jestlərin də ön planda olduğu bir platforma kimi yadda qalıb", - deyə iddia edilib.