ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə FETÖ ilə əlaqəli 70-dən çox şəxs saxlanıldı

Türkiyədə FETÖ ilə əlaqəli 70-dən çox şəxs saxlanıldı

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya FETÖ ilə əlaqədə şübhəli bilinən 73 nəfərin saxlanıldığını açıqlayıb.

İnsanhuquqlari xəbər verir ki, əməliyyatlar martın 19-dan 27-dək Türkiyənin 27 əyalətində, həmçinin Ankara, İstanbul və İzmirdə həyata keçirilib.

Nazirin sözlərinə görə, əməliyyatlara həm polis əməkdaşları, həm də jandarm qüvvələri cəlb olunublar. Hüquq-mühafizə orqanlarının hərəkətləri xüsusi xidmət orqanları ilə razılaşdırılıb.

“Saxlanılanlardan 48 nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib. Onlar terrorçu təşkilatlar ilə əlaqədə olmaqda, cinayətkar təşkilatların ideologiyasını maliyyələşdirmə və təbliğ etməkdə, qadağan olunmuş proqramlardan istifadə etməkdə ittiham olunurlar”, - daxili işlər naziri qeyd edib.

Ə.Yerliqaya əmin edib ki, FETÖ ilə mübarizə terror təşkilatının təhlükəsi tamamilə aradan qaldırılana qədər davam edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids