Nəvaf Salamın rəhbərlik etdiyi xilas və islahat hökuməti Livanın birpalatalı parlamentində etimad səsi qazanıb.
İnsanhuquqları xəbər verir ki, bu barədə spiker Nəbih Berri hökumət proqramını dəstəkləyən deputatların səsləri hesablandıqdan sonra məlumat verib.
“Yeni kabinetə və onun tərkibindəki nazirlərə 128 deputatdan 95-i etimad göstərib”, – o bildirib.