ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Tramp ilk dəfə etiraf etdi: Sülh olmaya bilər!

Tramp ilk dəfə etiraf etdi: Sülh olmaya bilər!

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülhə nail ola bilməyəcəyini ilk dəfə etiraf edib.

İnsanhuquqları xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Belə ki, “Rusiya Ukraynanın işğal olunmuş ərazilərini özündə saxlasa, Çin üçün pis siqnal olmayacaqmı?” sualına cavab verən Tramp qeyd edib ki, tərəfləri qane edən ən yaxşı razılaşmanın əldə olunması üçün çalışacaq.

"Ukraynanın mümkün qədər çox şey əldə etmələri üçün xüsusilə səy göstərəcəyik. Bizə çox güvənirsiniz, çünki siz sülhün mümkün olduğunu düşünürsünüz. Amma bunun baş tutmaması ehtimalı var. Ümid edirəm ki, insanlıq naminə olacaq. Çünki mənim gördüyüm kadrları görsəniz, ona baxmaq istəmərsiniz", - Tramp bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR