YENİLƏNİBBraziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə San-Paulonun Yanğınsöndürmə Xidməti sosial şəbəkələrdə məlumat yayıb.
"Təyyarə nəqliyyat vasitələrinin üzərinə düşüb. İki nəfər həlak olub, altı nəfər xəsarət alıb", - məlumatda bildirilib.
15:38
Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.
İnsanhuquqları xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
"Hadisə nəticəsində azı iki nəfər həlak olub, bir nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl San-Pauloda kiçik təyyarənin avtomobillərin üzərinə düşməsi barədə məlumat verilmişdi. Təyyarənin avtobusun üzərinə düşdüyü qeyd olunurdu.