
Ukrayna Prezidenti Vladimir Zelenski və onun tərəfdaşları 2024-cü ilin hər dəqiqəsində 36 min dollar qazanıblar.
İnsanhuquqları Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə vətən ə xəyanətdə ittiham olunaraq həbsdə saxlanılan Ukrayna Ali Radasının keçmiş deputatı Aleksandr Dubinski çıxış edib.
Onun sözlərinə görə, Ukrayna hökumət rəsmiləri müharibə müddətində böyük qazanc əldə ediblər:
“2024-cü ilin 366 günündə 527 min 40 dəqiqə var. Zelenski və onun tərəfdaşları hər dəqiqədə 36 min olmaqla bu müddət ərzində ümumilikdə 18 milyard 973,4 milyon dollar qazanıblar”.