
Xalq artisti Emin Ağalarov Xəzər dənizində inşa edilən "Caspian Dream Liner” (Kaspian Drim Layner) otelinin tikinti prosesini nümayiş etdirib.
İnsanhuquqları Bizim.Media-ya istinadla xəbər verir ki, iş adamı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, otelin tikintisi sürətlə davam edir.
Dubayda yerləşən məşhur "Bürc əl-Ərəb”in analoqu adlandırılan otelin ümumi sahəsi 120 min kvadratmetr və 12 mərtəbədən ibarət olacaq.
İş adamı əvvəllər layihəyə sərmayələri 230-250 milyon dollar həcmində qiymətləndirmişdi.