ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan

Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan

Bütün ssenarilər bir pis ssenarinin müxtəlif təzahürləridir: güzəştlər ya müharibəsiz olacaq, ya da müharibə ilə. İki dəhşətli variantdan hansının daha pis olduğunu mübahisə etmək olar, amma əslində çox da fərq yoxdur. Bunların hər ikisinin nəticəsində Ermənistan bir dövlət, beynəlxalq hüququn və regional münasibətlərin subyekti kimi əhəmiyyətini daha da itirəcək.

İnsanhuquqları xəbər verir ki, bu sözləri erməni politoloq, siyasi elmlər doktoru, ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan yerli mediaya müsahibəsində deyib.

“Hansı ssenarilərlə üzləşə bilərik və Medvedyevin bəyanatının eyhamı və mənası nə idi? Ruslar uzun müddət aydın və hədələyici bəyanatlar verməkdən yayındılar. Yəqin ki, bunu pərdə arxasında ediblər. Amma son günlər, xüsusən, Ermənistan hökumətinin AB-yə daxil olmaq prosesini təqsidləyib, parlamentə göndərməsindən sonra Overçuk tərəfindən belə bəyanatlar açıq formada səsləndirildi. Ruslar Overçukun dili ilə izah etməyə çalışdılar ki, bu hökumət belə bir addım atsa, Ermənistanın başına nələr gələ bilər”, - Qriqoryan bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR