AB-nin böyük ölkələri ABŞ-ın Ukraynaya yardımına potensial məhdudiyyətlər kontekstində Kiyevə hərbi və maliyyə dəstəyinin ağır yükünü daşımağa razıdır.
İnsanhuquqları xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
“AB-nin gələcək xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallasla birlikdə Ukraynaya dəstəyimizi artırmaq imkanları haqqında fikir mübadiləsi apardıq. AB-nin böyük dövlətlərinin ABŞ-ın iştirakının mümkün məhdudlaşdırılması kontekstində Ukraynaya hərbi və maliyyə dəstəyi yükünü öz üzərinə götürməyə hazır olduqlarını etiraf edirəm”, - Sikorski bildirib.