İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun mərkəzindəki Ras ən-Nəbəə bölgəsində yerləşən rusiyayönümlü Ərəb Sosialist Dirçəlişi Partiyasının qərargahını vurub.
İnsanhuquqları xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Partiyanın ofisi vurulan binanın 6-cı mərtəbəsində yerləşir. Ölü və yaralılar var”, - məlumatda qeyd olunub.
Məlumata görə, partiyanın baş katibi Əli əl-Hicazi həmin vaxt ofisdə olmayıb.
Qeyd edək ki, bu gün İsrail aviasiyasının Beyrutun Ras ən-Nəbəə rayonuna endirdiyi zərbələr nəticəsində Hizbullahın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif ölüb.