Abxaziya “prezidenti” Aslan Bjaniya istefaya getməkdən imtina edib.
İnsanhuquqları xəbər verir ki, bu barədə Bjaniya RT-yə müsahibəsində deyib.
“Heç kim hakimiyyətdən əl çəkməyəcək”, - Bjaniya bildirib.
Qeyd edək ki, Aslan Bjaniya baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb. Şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir.