Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fateh Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov "Qarabağ" klubunun bazasını ziyarət edib.
İnsanhuquqları xəbər verir ki, qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanovla görüşüb.
Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fateh Terimə və "Qalatasaray"ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda klubun adından xüsusi hədiyyə təqdim edilib.
Sonda xatirə fotosu çəkilib.