ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğanla Paşinyan Türk Evində görüşdü - Video

Ərdoğanla Paşinyan Türk Evində görüşdü - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu York şəhərindəki Türk Evində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

İnsanhuquqları xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

Ərdoğan Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini qeyd edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR