ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Şamaxı rəsədxanası üçün “Database” yaradılır

Şamaxı rəsədxanası üçün “Database” yaradılır

Avropa İttifaqının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən Mariya Sklodovska-Küri qrant razılaşması çərçivəsində Estoniyanın Tartu Rəsədxanasının İnformasiya Texnologiyaları üzrə baş mütəxəssisi Tönis Eenmae N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi ezamiyyətdədir.

Rəsədxanadan insanhuquqları bildirilib ki, eston mütəxəssis öncə spektral və fotometrik müşahidələrin aparılması zamanı istifadə olunan müasir qurğularla və müşahidə materiallarının işlənməsi zamanı istifadə olunan proqram qovluqları ilə tanış edilib. İnfrastrukturu bəyənən qonaq rəsədxanada göy cisimlərinin müşahidələrinin aparılması zamanı istifadə olunan qurğuların hazırkı standartlara uyğun olduğunu vurğulayıb.

Bir aylıq elmi səfərin əsas məqsədi Şamaxı Astrofizika Rəsədxanası üçün “Database” verilənlər bazasının yaradılmasıdır. Xarici ölkələrin astronomları üçün əlçatan olan verilənlər bazasının mövcudluğu öz növbəsində rəsədxananın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə səbəb olacaq. Bu istiqamətdə artıq uzun müddətdir ki, Tartu Rəsədxanasının astronomları ilə geniş müzakirələr aparılır və konkret əməkdaşlıq planları nəzərdən keçirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR