ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bu qruplara qeydiyyat başladı, portal çökdü - Açıqlama

Bu qruplara qeydiyyat başladı, portal çökdü - Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün saat 15:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı başlayıb.

İnsanhuquqları xəbər verir ki, hazırda portala daxil olub, kabinet yaratmaqda problemlər yaşanır.

Bənzər problem səhər saatlarında başlamalı olan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat prosesi zamanı da müşahidə olunub. Bu səbəbdən portal bir neçə saat sonra fəaliyyət göstərə bilib. Nəticədə qeydiyyatda gecikmələr yaşanıb.

Səbəb kimi portala çoxsaylı giriş edilməsi ehtimal olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 16 iyul 2024-cü il saat 11:00-da ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarının Azərbaycan bölməsi üzrə sorğuların verilməsi prosesi başlayıb:

"Elektron sistem aktiv edildikdən sonra müəyyən ləngimələr yaransa da, hazırda sistemin istifadəsində hər hansı çətinlik müşahidə edilmir. Bu saata qədər 20 mindən artıq sorğu verilmişdir. Qeyd edək ki, proses 13 sentyabr tarixinə qədər davam edəcək. Müraciətlərin operativ şəkildə emal edilməsi məqsədilə Agentliyin, BŞTİ-nin və Regional Təhsil İdarələrinin vətəndaş qəbulu mərkəzlərində, həmçinin ASAN Xidmət mərkəzlərinin "Təhsil" bölməsində , alternativ qeydiyyat mərkəzlərində vətəndaşlara xidmət göstərilir. Əlavə olaraq bildiririk ki, bu gün 17:00-da Agentliyin rəsmi facebook səhifəsində təşkil ediləcək canlı yayımda proseslə bağlı suallar cavablandırılacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR