ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakı və İrəvan inanılmaz irəliləyiş əldə ediblər - ABŞ

Bakı və İrəvan inanılmaz irəliləyiş əldə ediblər - ABŞ

Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər.

İnsanhuquqları xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

"İki ölkə arasında sülh sazişi bu ölkələr və region üçün, regionda sülh, sabitlik və təhlükəsizlik üçün çox önəmli olacaq. Biz sazişin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və çətin kompromislər tələb olunacaq. Ona görə də biz onları son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməyə davam edəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids