ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bu ölkə 10 il əvvəl Rusiyaya ordu yeritmək istəyirdi

Bu ölkə 10 il əvvəl Rusiyaya ordu yeritmək istəyirdi


Donbasda 10 il öncə MH17 reysi üzrə uçan sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Niderland cavab variantı kimi hərbi müdaxiləni ciddi şəkildə nəzərdən keçirib.

İnsanhuquqları xəbər verir ki, bu barədə Niderlandın “Nieuwsuur” portalında nəşr edilən məqalədə deyilir.

Qeyd edilib ki, Niderland təyyarənin qəzaya uğramasından sonra ilk günlərdə həlak olanların cəsədlərinin repatriasiyasına maneələrin qarşısını almaq və Rusiyanı BMT-nin qətnaməsini (müstəqil araşdırma, məsul şəxslərin məhkəməsi və qəza yerində əməkdaşlıq) dəstəkləməyə məcbur etmək üçün Moskvanı açıq şəkildə qınamamaq qərarına gəlib.

Niderland Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Vim Geerts bildirib ki, ölkəsi əvvəldən Rusiyanı günahlandırmamaq barədə məqsədli şəkildə qərar verib: "Ən vacibi Rusiyanı özümüzdən uzaqlaşdırmamaq idi".

Cəsədlər vətənə qaytarıldıqdan sonra Amsterdamın mövqeyi sərtləşib, rəsmilər MH17 qəzasının Rusiya ilə münasibətlərdə dönüş nöqtəsi olduğunu söyləyiblər.

Keçmiş hərbi komandir Tom Middendorp bunun üçün hətta Avstraliya komandolarının Niderland komandoları ilə birgə təlim keçdiyini söyləyib.

Ölkənin hazırkı Baş naziri Dik Sxof da belə bir variantın o zaman nəzərdən keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də Rusiya hərbçiləri işğal etdikləri Donetsk bölgəsində Malaziya Hava Yollarına məxsus "Boinq-777" təyyarəsini “Buk” sistemi ilə vurmuşdu. Hadisə nəticəsində göyərtədə olan 298 nəfər həlak olmuşdu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR