ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bu kənddə də delimitasiya aparılmalıdır - Paşinyan

Bu kənddə də delimitasiya aparılmalıdır - Paşinyan

Sərhəd delimitasiyası Nerkin Handda da aparılmalıdır.

İnsanhuquqları Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikə (Zəngəzur) səfəri zamanı sərhədlərin delimitasiyası məsələsindən danışarkən deyib.

O, delimitasiyadan sonra Əskiparada quraşdırılan tikanlı məftilləri Nerkin Hand sakinlərinə misal çəkib.

“Əskiparada delimitasiyadan sonra indi vəziyyət belədir: hasar çəkilib, təhlükəsizlik təmin olunub, oradan nə inək, nə də adam keçəcək, gecələr insanlar rahat yatır. Camaat burada da eyni şeyi etməliyik, çünki həll yolu budur”, – deyə o, sakinlərlə söhbətində bildirib.

Qeyd edək ki, Nerkin Hand kəndi üç tərəfdən azərbaycanlıların əhatəsində olsa da, erməni sakinlər təhlükəsizlik məsələsində narahatlıq ifadə etməyiblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR