ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanda panika: polis Azərbaycan əsgərini axtarır - Video

Ermənistanda panika: polis Azərbaycan əsgərini axtarır - Video

Ermənistanda polis Ararat və Dərələyəz bölgələrində gücləndirilmiş rejimə keçib.

insan hüquqları xəbər verir ki. erməni mediası polislərin Vedi və Gorus yaxınlığında postlar qurduğunu, həm İrəvana, həm də əks tərəfə gedən bütün maşınları yoxladığını, hətta yük yerlərinə baxış keçirdiyini yazır.

Yoxlamanın səbəbi açıqlanmır. Ancaq erməni mediasının iddiasına görə, polis 9 iyunda itkin düşən Azərbaycan əsgərini axtarır.

Qeyd edək ki, 9 iyunda Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Erməni mediası əsgərimizin Naxçıvan sərhədindəki Arpa kəndi yaxınlığında saxlanıldığını iddia etsə də, Ermənistan MTX məlumatı təkzib edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR