ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Manatlıq taksi" dövrü bitir: cərimə yazılacaq...

Manatlıq taksi" dövrü bitir: cərimə yazılacaq...


Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

insan hüquqları Avtosfer-ə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı "Avro-5" ekoloji standartına uyğun olmalıdır. Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Qanunda edilmiş dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz "manatlıq taksi"lərin aqibəti necə olacaq?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirib ki, taksi haqqında qəbul edilmiş qərar çərçivəsində taksi fəaliyyəti ilə məşğul olmaq mümkündür:

Oxşar xəbərlər
SON XƏBƏRLƏR