
ABŞ-ın Kiyevə verdiyi silahlar Ukrayna ərazisində istifadə üçün nəzərdə tutulub.
insan hüquqları xəbər verir ki, bu sözləri Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
"Bizim mövqeyimiz dəyişməyib, Ukraynaya göstərdiyimiz hərbi yardım Ukrayna ərazisində istifadə olunmalıdır və biz Rusiya daxilində hücumları təşviq etmirik", - deyə o bildirib.