ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Diqqət: Mənzilə görə 30 manat cərimə olunacaqsınız!

Diqqət: Mənzilə görə 30 manat cərimə olunacaqsınız!

Daşınmaz əmlakın sığortası qanunla icbari qaydada aparılır. 50 AZN Bakıdakı mənzillərin illik sığorta haqqıdır, sığortadan yayınmaya görə 30 manat cərimə nəzərdə tutulur.

Bu sözləri insan hüquqları sığorta üzrə ekspert Hikmət Allahverdi evlərin sığortasının məcburi qaydada aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, qanun icbari olsa da, cərimənin tətbiqi mexanizmi hələlik yoxdur:

“Qanun icbaridir, cərimə nəzərdə tutulub. Ancaq qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın icbari olmasına baxmayaraq, yaşayış yerlərinin sığortalılıq faizi daha aşağıdır. Çünki bu prosesə nəzarət mexanizmləri mövcud deyil. Bir sözlə, mənzillərini icbari sığorta etdirməyənlərin hansı prosedurla cərimələnəcəyi mexanizması hələ ki hazırlanmayıb. Bu isə sabah olmayacağı anlamına gəlmir”.

İcbari Sığorta Bürosundan sorğumuza cavab olaraq bildirilib ki, çıxarışı olan ev mütləq sığorta olunmalıdır:

“Bakı şəhəri üzrə illik sığorta məbləği 50 AZN-dir. Əgər ödənilməsə, yerli icra hakimiyyəti orqanları baxış keçirən zaman evin sığortalanmadığı aşkara çıxarsa, 30 AZN məbləğində cərimə edir. Cəriməni icra hakimiyyəti orqanları tətbiq edir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR