ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Buna görə Azərbaycana minnətdaram - Ömürəliyev

Buna görə Azərbaycana minnətdaram - Ömürəliyev

Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlıq və inteqrasiyanın inkişafına verdiyi mühüm töhfə təkcə üzv dövlətlərimiz üçün deyil, həm də regionumuzda sülhün, sabitliyin, təhlükəsizliyin və firavanlığın möhkəmlənməsində mühüm rol oynayıb.

insan hüquqları xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyevin 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına təbrikində yer alıb.

“Türk dövlətləri arasında qardaşlıq və dostluq prinsipləri əsasında qurulmuş TDT müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi fundamental dəyərlərə sadiqliyini qətiyyətlə dəstəkləyir. Fürsətdən istifadə edərək TDT-yə davamlı dəstəyə görə Azərbaycan Respublikasına bir daha dərin minnətdarlığımı bildirmək istərdim. Bu mühüm hadisə ilə əlaqədar bütün Azərbaycan xalqına rifah və firavanlıq arzularımı çatdırıram”, - K.Ömürəliyev qeyd edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR