ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Fransa Ermənistana “Sezar”lar da göndərməyə hazırlaşır

Fransa Ermənistana “Sezar”lar da göndərməyə hazırlaşır

Ermənistan bu yaxınlarda “Thales”dən üç GM200 radarının alınması üçün müqavilə imzalayıb və MISTRAL-3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

insan hüquqları xəbər verir ki, bu barədə Fransa Senatının hesabatında deyilir.

“Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 “Bastion” zirehli transportyoru Ermənistana göndərilib. Bundan əlavə, hazırda istehsal olunan eyni tipli daha 26 zirehli avtomobil Ermənistana tədarük edilməlidir”, - hesabatda vurğulanıb.

Qeyd olunub ki, Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib:

“Səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Ona görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”.

Hesabatda 2024-cü ildə “Nexter”in yeni istehsal gücünü (istehsal ayda 2-dən 6-ya qədər qaldırılır) nəzərə alaraq, “Sezar” özüyeriyən artilleriya qurğularının mümkün qədər tez tədarükü imkanlarının araşdırılması tövsiyə edilib

Oxşar xəbərlər
SON XƏBƏRLƏR