ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev əfv sərəncamı imzaladı: bu şəxslər azad olundu

İlham Əliyev əfv sərəncamı imzaladı: bu şəxslər azad olundu


Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

insan hüquqları xəbər verir ki, sərəncamda deyilir:

1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1.1. Abbasov Ceyhun Məcid oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir;

1.2. Abbasov Rəcəb Müstəcəb oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 2022-ci il 10 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

1.3. Abbaszadə Nurmurad Əbülfət oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 8 may tarixli hökmü ilə məhkum edilmişdir;

1.4. Abdullayeva Xatirə Mahmud qızı, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 19 may tarixli hökmü ilə məhkum edilmişdir;

1.5. Abdullayeva Qızqayıt Budaq qızı, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir;

1.6. Abdurəhmanova Ellada Gülağa qızı, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ Rayon Məhkəməsinin 2023-cü il 8 fevral tarixli hökmü ilə məhkum edilmişdir;

1.7. Ağayev Yaşar Bəkir oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan Şəhər Məhkəməsinin 2021-ci il 8 fevral tarixli hökmü ilə məhkum edilmişdir;

1.8. Axundov Aqşin Şükür oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilmişdir;

1.9. Aslanlı Cəsarət Elçin oğlu, 1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 aprel tarixli hökmü ilə məhkum edilmişdir;

1.10. Ataşov Nurlan Araz oğlu, 2002-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 11 avqust tarixli hökmü ilə məhkum edilmişdir;

Oxşar xəbərlər
SON XƏBƏRLƏR