ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyadan 4 türk ölkəsinə xəbərdarlıq

Rusiyadan 4 türk ölkəsinə xəbərdarlıq


Mərkəzi Asiya ölkələrinin liderləri Qərblə həddən artıq yaxınlaşmanın və Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmağın doğurduğu təhlükələrdən xəbərdardır.

insan hüquqları xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O qeyd edib ki, Qərb Mərkəzi Asiya dövlətlərinə böyük sərmayələr vəd edir, onları tərəfdaşlıq proqramlarına cəlb etməyə çalışır və təhlükəsizlik məsələlərində israrla yardım təklif edir:

“Düşmənlərimizin strateji hesablaması göz qabağındadır: Rusiya ilə Orta Asiya respublikalarının münasibətlərinə nifaq salmaq. Görünür, xaricdə və Brüsseldə sadəlövhcəsinə inanırlar ki, Mərkəzi Asiya ölkələri Qərbin bu cür ekspansiyasına müqavimət göstərməyəcək. Əminik ki, Mərkəzi Asiya paytaxtları Qərblə həddindən artıq yaxınlaşmanın, onun vədlərinə əməl etmənin və antirusiya məhdudiyyətlərinə qoşulmağın bütün riskləri və potensial zərərlərini bilir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR