ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

MKİ şefi təcili Qətərə getdi: sülh üçün təzyiq edəcək

MKİ şefi təcili Qətərə getdi: sülh üçün təzyiq edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns təcili olaraq Qətərə gedib.

insan hüquqları xəbər verir ki, bu barədə "Röyters" danışıqların gedişatı ilə tanış olan adı açıqlanmayan bir rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, Börns Dohada Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə etmək üçün Baş nazir Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə görüşəcək:

"Börns Qətərin baş naziri ilə fövqəladə görüş üçün Dohaya gedir. Görüşün məqsədi danışıqları davam etdirmək üçün İsrail və HƏMAS-a maksimum təzyiq göstərmək olacaq".

Qeyd edək ki, daha öncə Qəzza zolağında atəşkəsin yaradılması üçün Qahirədə keçirilən danışıqların son raundunun iştirakçıları ciddi irəliləyiş əldə ediblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR