ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Litva Respublikası kommunikasiyaların açılması kontekstində Rusiya Federasiyasının Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində dəfələrlə öz təcrübəsini həm İrəvan, həm də Bakı ilə bölüşüb.

insan hüquqları xəbər verir ki, bu sözləri Litvanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Pulokas erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, Litva və Ermənistan coğrafi baxımdan oxşardır.

Səfir Ermənistanla Azərbaycan arasında mümkün kommunikasiyaların açılması imkanlarını və eyni kontekstdə Litva və Rusiya Federasiyasının mövcud təcrübəsini müqayisə edərək qeyd edib:

“Rusiya Federasiyasının Kalininqrad vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi eksklavdır və ölkənin əsas ərazisi ilə rabitəsi vacibdir. Litvanın AB-yə daxil olması bu sahədə də həlledici rol oynadı. AB, Litva və Rusiya "Kalininqrad tranziti" adlandırılan sxem üzrə razılığa gəliblər və indi, hətta Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə, materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər”.

Bu kontekstdə səfir AB-nin Rusiya Federasiyası ilə razılaşmaların əldə edilməsində rolunu vurğulayıb.

Səfir Poulokas qeyd edib ki, tərəflər (Rusiya və Litva) iki əsas mühüm komponentdə razılığa gələ biliblər: Litvanın öz ərazisinə tam nəzarəti və lazımsız maneələr olmadan tranzit zamanı səyahətçilər üçün maksimum rahatlıq:

“Düşünürəm ki, bu sadələşdirilmiş tranzit modelinin bəzi elementləri insanların Ermənistan ərazisindən keçməsinin tənzimlənməsində faydalı ola bilər. Axı bu, Avropa təcrübəsi və uğurlu modeldir”.

Azərbaycanın dəhliz tələbi və "dəhliz" sözdən Ermənistanın narahat olmasına gəlincə, səfir bildirib:

“Ritorikaya gəlincə, biz onun əhəmiyyətini başa düşürük və “dəhliz” terminindən “tranzit” termininə üstünlük veririk. Axı biz 21-ci əsrdə yaşayırıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR